Culian Assanj amerikalılara təslim olmağa razıdır

© foxnews.comCulian Assanj
Culian Assanj - Sputnik Azərbaycan
Abunə olmaq
"WikiLeaks" qurucusu: "Əgər prezident Barak Obama hal-hazırda həbsxanada cəza çəkən təşkilatın informatoru Bredli Menninqi əfv etsə, mən özüm məhkəmə qarşısına çıxaram"

BAKI, 16 sen — Sputnik. Dünyaca məşhur "WikiLeaks" portalının əsasını qoyan Culian Assanj məhkəmə qarşısına çıxmağa hazırdır. Bu barədə o özü açıqlama verib.

Culian Assanj - Sputnik Azərbaycan
Wikileaks rəhbərindən Türkiyədəki çevriliş cəhdi ilə bağlı ilginc açıqlama

Sputnik CNN-ə istinadən xəbər verir ki, Assanj məhkəməyə ancaq bir şərtlə gedəcəyini bildirib: "Əgər prezident Barak Obama hal-hazırda həbsxanada cəza çəkən təşkilatın informatoru Bredli Menninqi əfv etsə, mən özüm məhkəmə qarşısına çıxaram".

Culian Assanj Menninqin azad olunması qarşılığında özünün həbs həyatı yaşamağa hazır olduğunu deyib.

Xatırladaq ki, Bredli Menninq 2010-cu ildə həbs olunub. 2013-cü ildə o, casusluq ittihamı ilə 35 il müddətinə həbs cəzasına məhkum olunub. O, ABŞ ordusunun 2009-2010-cu illərdə İraqda fəaliyyətinə dair 700 min ədəd hərbi və diplomatik sənədi, videofaylı "WikiLeaks"ə verməkdə ittiham olunur.

Xəbər lenti
0