SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlı deputatlar Rusiyadakı seçkiləri müşahidə edəcəklər

Abunə olmaq
Əli Hüseynli, Muxtar Babayev Moskva və Tver, Rüfət Quliyevlə Mixail Zabelin isə Sankt-Peterburq və Moskva şəhərlərində prosesi izləyəcək

BAKI, 15 sen — Sputnik. Sentyabrın 18-də Rusiya Dövlət Dumasına növbəti seçkilər keçiriləcək. Milli Məclisin deputatları seçkiləri müşahidə etmək üçün sentyabrın 16-dan Rusiya Federasiyasının bir sıra şəhərlərində səfərdə olacaqlar. Bu barədə Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, millət vəkilləri Rüfət Quliyev və Mixail Zabelin isə MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyəcəklər.

Deputatlarımız seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, seçicilərin fəallığına diqqət yetirəcəklər. Səfər sentyabrın 20-də başa çatacaq.

Xəbər lenti
0