BAKI, 15 sen — Sputnik. ABŞ-ın Florida ştatında məscidi yandırmaqda şübhəli bilinən şəxs həbs edilib. Sputnik NBC-yə istinadən xəbər verir ki, Fort Pirsdəki məsciddə yanğın sentyabrın 12-nə keçən gecə qeydə alınıb.
Məsciddəki yanğının qarşısını almaq mümkün olub. Hadisə nəticəsində yaralanan və ya ölən olmayıb.
Yerli polis şefi hadisəni "yanğına cəhd" kimi dəyərləndirib. Polisin əməliyyatı zamanı 32 yaşlı şübhəli şəxs — Cozef Maykl Şrayber saxlanılıb.