CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə naziri hərbi məktəbdə olub

Abunə olmaq
Zakir Həsənov maddi-tədris bazasının imkanlarından geniş istifadə etməklə səhra təlim məşqlərinə diqqət yetirilməsinin vacibliyini qeyd edib.

BAKI, 14 sen — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması, eləcə də yeni inşa edilən infrastruktur obyektinin açılışı ilə əlaqədar sentyabrın 14-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Sputnik-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir müasir tədris avadanlıqları ilə təchiz edilmiş korpuslara, müxtəlif kafedralara və fənn kabinələrinə baxıb, yataqxana və digər inzibati binalarda olub, sonra isə məktəbin komandanlığı, müəllim-professor heyəti və kursantlarla görüşüb.

Silahlı Qüvvələrdə və xüsusən də hərbi təhsil müəssisələrində qısa müddətdə görülən işlərin sürətlə davam etdirildiyini vurğulayan Z.Həsənov maddi-tədris bazasının imkanlarından geniş istifadə etməklə səhra təlim məşqlərinə diqqət yetirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, hərbi məktəbləri bitirən gənc zabitlərimizin hərbi bilikləri və bacarıqları döyüş zamanı istənilən tapşırığı uğurla yerinə yetirməyə cavab verməlidir.

Məktəbin ərazisində inşa edilən müasir tipli yeməkxana kompleksinin də açılışı olub.

Xəbər lenti
0