Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: Dolların məzənnəsi 2 manatı keçəcək

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Əkrəm Həsənov: Mərkəzi Bank yaxın zamanda yenə də uçot dərəcəsini artıracaq.

BAKI, 14 sen — Sputnik. Sentyabrın 14-dən Azərbaycanda uçot dərəcəsi 15% təşkil edir.

Sonuncu dəfə uçot dərəcəsi 2016-cı ilin avqust ayında nəzərdən keçirilib və 8 avqust tarixindən 7%-dən 9,5%-dək artırılıb.

Mərkəzi Bankın qərarı ilə sentyabrın 14-dən uçot dərəcəsi 9,5%-dən 15%-dək, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 15%-dən 18%-dək, aşağı həddi 4%-dən 12%-dək artırılıb.

Uçot dərəcəsinin yüksəldilməsi barədə qərar antiinflyasiya tədbirləri çərçivəsində qəbul olunub. Bu zaman tədiyyə balansı ilə bağlı vəziyyət və valyuta bazarında tendensiyalar da nəzərə alınıb.

Məsələ ilə əlaqədar bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, bunun heç vaxt inflyasiyaya nə mənfi nə də müsbət təsiri olmayıb: “Mərkəzi Bank onsuz da banklara kreditləri kifayət qədər vermir. İnkişaf etmiş ölkələrdə Mərkəzi Bankın həmin dərəcəsinin təsiri böyükdür. Çünki, banklar o dərəcə ilə istənilən qədər Mərkəzi Bankdan borc ala bilirlər. Məsələn, FED uçot dərəcəsini lap 0,5 faiz qaldıran kimi vəziyyət dəyişdi. Bizdə bu, belə deyil. Çünki, faiz dərəcəsi sadəcə elan olunur amma bu, reallıqda tətbiq edilmir. Yəni, onsuz da istənilən bank oradan gedib kredit götürə bilmir”. 

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank uçot dərəcəsini 9,5%-ə qaldırıb

Ekspert bildirib ki, əslində Mərkəzi Bankın bu addımı manatın devalvasiyasının qarşısını almaqdır: “Çünki, yenə də hansısa banklara manatla kreditlər verir. Son il ərzində Mərkəzi Bank banklara nə kredit verirdisə, dərhal banklar manatı dollara çevirirdilər. Bu da manata təzyiqi artırırdı, devalvasiyaya aparırdı, valyuta ehtiyatlarımızı azaldırdı. Çünki, banklar üçün o faiz dərəcəsi çox aşağı idi. Fikirləşirdilər ki, onsuz da devalvasiya 34-50 faizdir amma borc üzrə faiz isə 3-7 faizdir. İndi fikirləşəndə ki, 15 faiz verməliyəm. Bu, haradasa banklara təsir edə bilər”. 

O, qeyd edib ki, Azərbaycanda 2 devalvasiya olub. Keçən ilin fevralında 34 faiz, ötən ilin axırında haradasa 50 faiz devalvasiya olub. Bu ilin əvvəlindən də yenə 10 faiz devalvasiya olub. Əgər Mərkəzi Bankın faiz dərəcəsi gözlənilən devalvasiyadan azdırsa, o heç vaxt effekt verməyəcək.

Ekspert bildirib ki, Azərbaycanda uzağı 1 ilə, əslində daha da tez dolların məzənnəsi 2 manatı ötüb keçəcək: “Bunu bilən banklar 15 faizlə deyil, lap 20 faizlə də götürüb dollara çevirəcəklər. Sadəcə Mərkəzi Bank belə təsəvvür yaratmaq istəyir ki, daha devalvasiya olmayacaq və s. Onsuz da banklar bilirlər. Ona görə də bunun elə də bir effekti olmur. Yəni, effekti olacaq. İstənilən halda banklar ən azı aldığı manat kreditinin hamısını dərhal dollara çevirməyəcəklər. Çünki, heç olmazsa, ayda bir dəfə faizləri də ödəməlidirlər. Haradasa burada müəyyən təsiri var”. 

“15 faiz yenə də azdır. Mərkəzi Bank yaxın zamanda yenə də uçot dərəcəsini artıracaq” — deyə o qeyd edib.

Xəbər lenti
0