Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Səudiyyə Ərəbistanı hətta ABŞ-ı üstələdi

© news.ngsSəudiyyə Ərəbistanı - neft
Səudiyyə Ərəbistanı - neft - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanı neft hasilatında ABŞ-ı da keçərək dünyanın birincisi olub.

BAKI, 14 sen-Sputnik. Səudiyyə Ərəbistanı neft hasilatında ABŞ-ı geridə qoyaraq bu sahədə dünyanın ən böyüyü olub.

Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq neft bazarı hesabatına görə, avqust ayında Səudiyyə Ərəbistanının ümumi xam neft və neft məhsulları istehsalı gündəlik ortalama 12,6 milyon barelə çatıb. ABŞ-da isə hasilat gündəlik 12,2 milyon barel olaraq qalıb.

Bu müddətdə ABŞ-dan daha çox neft hasil edən Səudiyyə Ərəbistanı 2014-cü ilin aprelindən sonra yenidən zirvəyə çıxıb.

Neftin aşağı qiymətləri ABŞ-da çox xərc tələb edən neft istehsalçılarına mənfi təsir edib. May ayından etibarən ABŞ-ın ümumi neft istehsalı gündəlik ortalama 460 min barel azalıb.

Səudiyyə Ərəbistanının aşağı xərcli neft sahələri isə ölkə istehsalına dəstək verib. Ötən may ayından bu yana ölkənin neft istehsalı gündəlik ortalama 400 min barel artıb.

Xəbər lenti
0