BAKI, 14 sen-Sputnik. Norveçdə blək-metallist Gülve Nagell (səhnədə təxəllüsü Fenriz) seçkilərdə iştirak edərək Kolbotna şəhərinin yerli icra orqanına seçilib.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, onun seçkiqabağı təbliğatı "Araxis yağı" ləqəbli pişiklə çəkilən şəklindən və "Mənə səs verməyin" şüarından ibarət olub.
Nəticədə Oslo yaxınlığındakı bu kiçik şəhərin sakinləri hər şeyi tərsinə edərək Nagellin lehinə səs veriblər. İndi o, şəhər sovetinin əvəzedici üzvüdür.
Musiqiçi özü isə çox pəjmürdədir. Çünki onu 4 illik darıxdırıcı və az sərfəli iş gözləyir ki, bununla da onu razı salmaq mümkün deyil.
Onun musiqi və siyasi karyerasını birləşdirə bilib-bilməyəcəyi isə hələlik sual altındadır.