Hillari Klinton seçki kampaniyasını davam etdirəcək

© REUTERS / Brian SnyderDemokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hİllari Klinton
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hİllari Klinton - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidentliyinə namizəd sentyabrın 15-də xəstəxanadan çıxmağa hazırlaşır.

BAKI, 14 sen — Sputnik. Birləşmiş Ştatlar prezidentliyinə namizəd Hillari Klinton müalicəsi tamamlanandan sonra seçki kampaniyasına davam edəcək.

Sputnik ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə onun qərargahından bildiriblər.

Xanım Klintonun prezident yarışında iştirakdan mümkün imtinası barədə yayılan şayiələri şərh edən onun nümayəndələri xanım diplomatın artıq sağalmaq üzrə olduğunu və sentyabrın 15-də xəstəxanadan çıxmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, sentyabrın 11-də 2001-ci ildə törədilmiş terror aktının qurbanlarının anım mərasimində H.Klintonun halı pisləşmişdi. Müvazinətini itirən xanım diplomatı mühafizəçiləri və köməkçiləri onu gözləyən avtomobilə tərəf aparmışdı.

Xəbər lenti
0