Ərdoğan: Suriyada Aİ və NATO-nun məqbul saydığı layihəni həyata keçiririk

© REUTERS / Umit BektasRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Suriyadakı hərbi əməliyyatları özbaşına aparmadıqlarını deyib.

BAKI, 14 sen — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı ilə əlaqədar bayramlaşma tədbirində çıxış edib.

Çıxışında birlik və bərabərliyin hər cür təhlükəni dəf etdiyini vurğulayan Ərdoğan deyib: "Əgər təməlində iman və əhdə vəfa olmasaydı, nə 2013-cü ildəki Gəzi hadisələri və 17-25 dekabr çevrilişi cəhdlərindən, nə PKK və İŞİD təhlükəsindən, nə də ən son məruz qaldığımız 15 iyul dövlət çevrilişi cəhdindən millətimizi və dövlətimizi xilas etmək mümkün olardı."

Sputnik TRT-yə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı terror təşkilatları ilə sona qədər mübarizəni davam etdirəcəklərini bildirib.

Ərdoğan, PKK, FETÖ və İŞİD arasında heç bir fərq görmədiklərini də deyib:

"PKK ilə FETÖ və İŞİD arasında heç bir fərq yoxdur. Bunlar eynidir. Hamısı da bu ölkəyə, bu millətə zərər vermə missiyaları ilə hərəkət edir".

Prezidentin gündəmində Suriyanın şimalındakı terror təşkilatlarının təmizlənməsi üçün başladılan "Fərat Qalxanı" əməliyyatı da var idi:

"Bizim Suriya ilə ərazi məsələmiz yoxdur. Suriya suriyalılarındır, bu, belə olmalıdır. Amma istəyirik ki, kimsə də orada torpaq hesabı aparmasın. Hər zaman bunun xəbərdarlığını edirik. Bu gün gördüyümüz iş illərdir müttəfiq ölkələrə, Avropa İttifaqına, NATO-ya təklif etdiyimiz və hər kəsin çox məqbul saydığı bir layihənin həyata keçirilməsidir. Suriya xalqının razı qaldığı bu əməliyyatdan yalnız və yalnız terror təşkilatları şikayətçidir. Demək, düzgün yoldayıq".

Xəbər lenti
0