Avqustda Azərbaycanda rekord həddə qida zəhərlənməsi baş verib

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidTibb bacısı. Arxiv şəkli
Tibb bacısı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qida zəhərlənməsi hadisələrində 190 nəfər zərər çəkib.

BAKI, 14 sen-Sputnik. Bu ilin avqust ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Sputnik Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə istinadla xəbər verir ki, qida zəhərlənməsi hadisələrində 190 nəfər zərər çəkib.

Ötən müddət ərzində ölkədə 2 nəfər botulizmlə xəstələnib.

Qida zəhərlənmələri, əsasən, ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.

Avqust ayında zəhərlənmələrin sayının digər aylarla müqayisədə çox olmasının əsas səbəbi həmin ayda Göyçay və Beyləqanda keçirilən toylarda baş vermiş kütləvi zəhərlənmələr olub.

Xəbər lenti
0