BAKI, 14 sen — Sputnik. Argentinalı tədqiqatçılar ölkənin Çako əyalətinin cənub-qərbində meteorit tapıblar.
Sputnik Euronews-a istinadən xəbər verir ki, tapılmış meteoritin çəkisi 31 tondur. Alimlərin fikrincə, bu kosmik obyekt indiyədək Yerə düşmüş ən iri meteoritlərdən biridir.
Hazırda ən ağır meteorit 1920-ci ildə Afrikanın cənub-qərbində tapılmış "Hoba" sayılır. Bu göy cisminin çəkisi 60 tondur.