Avropa İttifaqından yeni Britaniya açıqlaması

© REUTERS / Neil HallLondonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları
Londonun Parlament meydanında Britaniya İttifaqının və Aİ-nin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Jan Klod Yunker: Biz Britaniyanın qərarına hörmət edir, eyni zaman bu prosesə təəssüflənirik.

BAKI, 14 sen – Sputnik. “Böyük Britaniyanın Avropa İttifaqından çıxması qurum üçün təhdid deyil, lakin Aİ bundan təəssüflənir". 

Sputnik İndependent-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı komisioyasının sədri Jan-Klod Yunker bildirib.

"Böyük Britaniyanın Avropa İttifaqından çıxması haqda ərizəsini mümkün qədər tez təqdim etməsini gözləyirik. Əlbəttə, biz bunu təəssüf hissi ilə qeyd edirik. “Brexit” bütün dünyada uzaqdan və yaxından bizi müşahidə edən dostlarımızın və tərəfdarlarımızın parçalanmasına gətirib çıxarmayacaq. Biz Britaniyanın qərarına hörmət edir, eyni zaman bu prosesə təəssüflənirik. Ancaq Aİ-nin gələcəyi təhlükə altında deyil", — deyə, Yunker Avroparlamentin Strasburqdakı illik plenar sessiyasındakı çıxışında bildirib.

Xatırladaq ki, Britaniyanın baş naziri Tereza Mey krallığın Aİ-nin tərkibindən çıxması prosesinin ilin sonundək baş verməyəcəyini dəfələrlə vurğulayıb.

Qeyd edək ki, bu il iyunun 23-də Britaniyanın Aİ-də çıxması ilə bağlı referendum keçirilib. Həmin səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. 

Xəbər lenti
0