BAKI, 14 sen-Sputnik. Ötən il Azərbaycanda 27 452 qadın aborta gedib ki, onlardan 16 031 nəfəri 15-29 yaş arasında olan gənclərdir.
Sputnik Dövlət Statistika Komitəsinə (DSK) istinadla xəbər verir ki, 2015-ci ildə 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sona çatdırıb.
Həmin qadınlardan 50-si 15-17 yaş arasında olanlardır. 18-19 yaş aralığında olan 1425 qadın, 20-24 yaş arası 5983 qadın, 25-29 yaş arası 8573 qadın abort edərək, hamiləliyini vaxtından əvvəl ləğv etdirib.
Qeyd edək ki, bu rəsmi statistikadır. Nəzərə alanda ki, abortların böyük əksəriyyəti qeydə alınmır, ondan daha dəhşətli mənzərəni müşahidə etmək mümkündür.
DSK-dan Sputnik-ə bildirilib ki, son illərdə hamiləliyi süni surətdə ləğv etdirənlərin yaş tərkibi gəncləşib. Bu isə daha çox erkən və ya qanunsuz nikahların sayının artması ilə əlaqədardır.
Mütəxəssislər isə qeyd edirlər ki, yeniyetmə və ilkin gənclik dövründə baş verən abortlar qadınların həyatı üçün son dərəcə risklidir.
O qeyd edib ki, həkimlik praktikasında daim qadınları abortdan çəkinməyə çağırır. Çünki abort özü ilə qadınlara bir sıra ömürlük xəstəliklər də bəxş edir: "İrsi olmayan şəkərli diabetin qadınlar tərəfindən abortlardan sonra qazanılma riski böyükdür. Bir sıra qan xəstəlikləri var ki, onlar məhz abort sonrası qazanılır. Qadın orqanlarındakı müxtəlif xəstəliklərin də bir çox hallarda başlanğıcı məhz abortdur. Ona görə də biz adətən xəstələrə məsləhət görürük ki, arzu edilməyən hamiləlikdən qorunsunlar. Bunun üçün müxtəlif ənənəvi və tibbi vasitələr mövcuddur."