BAKI, 13 sen — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Xətai rayonundakı 261 nömrəli məktəb-liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Sputnik-in xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Xətai rayonundakı həmçinin 58 nömrəli məktəbdə tikilmiş əlavə sinif otaqlarında yaradılan şəraitlə də tanış olub.