CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyənin İŞİD hesabatı: 3 min 128 nəfər ölkədən deportasiya edilib

© Sputnik / Mokhamad MarufİŞİD-ə qoşulan qadınlar
İŞİD-ə qoşulan qadınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Xarici İşlər Nazirliyi İŞİD ilə əlaqədar detallı bir hesabat hazırlayıb.

BAKI, 13 sen — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi İŞİD ilə əlaqədar detallı bir hesabat hazırlayıb.

Sputnik haberturk-ə istinadla xəbər verir ki, Türkiyənin İŞİD-lə apardığı mübarizəyə dair məlumatların yer aldığı hesabatda Türkiyənin ilk gündən bəri beynəlxalq koalisiyanın hərbi planlamasında iştirak etdiyi bildirilib. Qeyd edilib ki, Türkiyə koalisiyanın döyüş təyyarələrinə müharibə, müşahidə, kəşfiyyat vəzifələri üçün hava sahəsini açıb. Bu çərçivədə 60 döyüş təyyarəsi və 1200 şəxsi heyət Suriya və İraqdakı İŞİD əleyhdarı əməliyyatlar üçün Türkiyədə var.

Sənəddə bildirilib ki, bu ilin yanvar ayından bu yana (“Fırat Kalkanı” əməliyyatı xaric) 487 İŞİD hədəfi vurulub, 86 terrorist öldürülüb. Suriya sərhədində tutulan neft 2014-ci ildə 12.6 milyon litr ikən, 2015-ci ildə 887 min litrə düşüb.

300 kilometrlik qanunsuz boru xətti yox edilib. Türkiyənin sərhədlərinin hamısı 50 min hərbi personal tərəfindən qorunur.

Suriya sərhədində alınan təhlükəsizlik tədbirləri çərçivəsində 2014-ci ildə 12 min heyət olan sərhəd taburu 20 minə yüksəldilib. 

2011-ci ildən 2016-cı ilin fevral ayına qədər 37 min 121 nəfərə Türkiyəyə giriş qadağası qoyulub.

Hesabatda bildirilib ki, 2016-cı ilin fevral ayından etibarən 3 min 128 nəfər Türkiyədən deportasiya edilib və 1745 nəfərin Türkiyəyə girişinə icazə verilməyib. 

Suriya sərhədində həyata keçirilən 192 kilometrlik divarın 93 kilometrlik hissəsi başa çatıb. 

Xəbər lenti
0