BAKI, 12 sen – Sputnik. Suriyada Bəşər Əsədə bağlı ordu ilə müxalifət qruplar arasında atəşkəs rejimi qüvvəyə minib.
Sputnik RT-yə istinadən xəbər verir ki, Qurban bayramı ilə əlaqədar elan edilən 48-saatlıq atəşkəs rejiminin uzadılacağı gözlənilir.
Sentyabrın 10-da Rusiya və ABŞ arasında əldə edilən razılaşmaya əsasən sentyabrın 12-si, saat 00:00-dan etibarən Əsədə bağlı qüvvələr və silahlı müxaliflər arasında atəşkəs qüvvəyə minib. Razılaşma İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerrinin arasında keçirilən 13 saatlıq görüşdən sonra əldə edilib.