BAKI, 12 sen – Sputnik. Dünyanın ən nüfuzlu biznes jurnalı “Fortune” tərəfindən hazırlanan "Ən güclü iş qadınları” siyahısında Türkiyənin Sabancı Holdinq İdarə Heyətinin sədri Gülər Sabancı da yer alıb.
Sputnik Star-a istinadən xəbər verir ki, o, siyahıda 4-cü pillədə yer alıb.
Jurnal, eyni zamanda, Gülər Sabancı haqqında məlumat xarakterli yazı hazırlayıb, onu həm iş qadını, həm də qabaqcıl xeyriyyəçi kimi təsvir edib.
Həmçinin “Vodafone” şirkətinin Afrika, Yaxın Şərq, Asiya və Sakit okean bölgələri üzrə məsul CEO-su Serpil Timuray da siyahıya Türkiyədən daxil olan qadındır və 23-cü sırada qərarlaşıb.
Siyahı şirkətin böyüklüyü, qlobal iqtisadiyyatdakı yeri, uğuru və idarəedicinin karyerası ilə ictimai və mədəni təsir meyarları qarşılaşdırılaraq tərtib edilir.