BAKI, 12 sen – Sputnik. ABŞ-da prezidentliyə ən real namizəd sayılan Hillari Klinton anidən pisləşərək xəstəxanaya yerləşdirilib.
Sputnik Wall Street-ə istinadən bildirir ki, o, hazırda reanimasiya şöbəsində həkimlərin nəzarətindədir.
Xanım Klintonun vəziyyəti dünən 11 sentyabrla bağlı keçirilən tədbirdə pisləşib.
Hillari Klinton xəstəlik səbəbindən seçkiqabağı kampaniya çərçivəsində Kaliforniyaya səfərini təxirə salmaq məcburiyyətində qalıb. Xanım namizəddə pnevmoniya aşkar edilib.