BAKI, 12 sen – Sputnik. Malayziyada güclü qasırğa baş verib. Təbii fəlakət əsasən ölkənin şərq bölgələrində yaşanıb.
Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 110 yaşayış evi uçub, ətrafdakı avtomobillərə ciddi zərər dəyib.
Hazırda qasırğanın yaratdığı fəsadlar aradan qaldırılır. Zərərçəkənlər barədə məlumat verilmir.