"Qalib statusunu onların əlindən heç kim ala bilməz. Vaxta az qaldığına görə, tezliklə qərar verilməlidir. Biz diqqətlə izləyirik ki, üç şəhər yarışı keçirmək üçün ciddi mübarizə aparırlar, amma dəqiq qərarın nə vaxt elan olunacağını bilmirik. Vaxt uzaqbaşı oktyabrın əvvəlində başa çatır", — “İzvestiya”ya AYB-nin mətbuat xidmətindən bildiriblər.
AYB-nin qaydalarına görə, “Avroviziya-2017” ötən il yarışmada ikinci olmuş Avstraliyada da ola bilər. Amma müsabiqə Avropanın coğrafi hüdudlarından kənara çıxa bilməz. Buna görə də, keçən il üçüncü yüri tutmuş Rusiyanın şansı daha da artır.
Yayımçılar Birliyi hesab edir ki, Ukrayna müsabiqənin keçirməkdən uzaqlaşarsa, onda Avstraliya və Rusiya həmtəşkilatçı olacaqlar.
Ukrayna “Avroviziya-2017”nini keçirilməsi hüququnu muğənni Camalanın Stokholumdakı qələbəsindən sonra qazanıb. Məhz bundan sonra tədbirin hansı şəhərədə keçirilməsi üstündə mübahisə yaranıb. Seçim turlarından sonra finala üç şəhər çıxa bilib: Kiyev, Dnepr və Odessa. Bundan sonra müsabiqəyə ev sahibliyi edəcək şəhərin adının açıqlanması maliyyə səbəbindən dəfələrlə təxirə salınıb.
Qeyd edək ki, “Avroviziya” artıq bir dəfə 2005-ci ildə Ukraynada keçirilib. O zaman təbdir Kiyevin idman sarayında baş tutmuşdu, amma bunun ardınca da dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı hay-küylü mübahisələr başlamışdı.
Bu arada SSRİ xalq artisti, Dövlət Dumasının deputatı İosif Kobzon 2017-ci ildə Urkaynanın əvəzinə “Avroviziya” mahnı yarışmasının Rusiyada keçirilməsinin əleyhinə olduğunu bildirib və mahnı yarışının qeyri-obyektiv, həmçinin siyasiləşmiş olduğunu bəyan edib.
Kobzon RİA Novosti-yə deyib ki, “Avroviziya” “təmamilə siyasiləşmiş müsabiqədir”. "Avropa bizi rədd edir, sanksiyalar tətbiq edir, bunun əvəzinə biz onları nəyə görə əyləndirməliyik. Buna görə də, Ukrayna əvəzində yarışın Rusiyada keçirilməsinin əleyhinəyəm. Qoy bunu Avropa Birliyi keçirsin", — deyə deputat bildirib.
"Bu, bizə lazım deyil. “Avroviziya” başdan-ayağa siyasiləşmiş, təhrif olunmuş yarışdır, orada rusofob fikirlərin səslənməsinin şahidi olmuşuq. Mən bunun qəti şəkildə əleyhinəyəm", — deyə parlamentari fikirlərini yekunlaşdırıb.
Kobzon hesab edir ki, Rusiya ümumiyyətlə bu yarışmadan imtina etməlidir.