BAKI, 11 sen — Sputnik. Gəncə şəhərində dəhşətli qətl törədilib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, ana 12 yaşlı qızının üzərinə benzin tökərəb onu yandırıb. Ağır yanıq xəsarətləri alan qız xəstəxanada dünyasıbı dəyişib.
İlkin məlumata görə, qızın adı Vüsalə Quliyevadır. Hadisənin qızın evdən xəbərsiz pul götürməsi üstündə baş verdiyi, cinayəti törədən qadının isə ruhi xəstə olduğu bildirilir.