CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramzan Kadırov İlham Əliyevə təşəkkür etdi

© Sputnik / Said Tsarnayev / Mediabanka keçidRamzan Kadırov
Ramzan Kadırov - Sputnik Azərbaycan
Abunə olmaq
Çeçenistan rəhbəri rusiyalı paralimpiyaçıların lisenziyalarından imtina edilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

BAKI, 11 sen — Sputnik. Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya paralimpiyaçılarının lisenziyalarının ölkəyə verilməsi təklifindən imtina etməsinə görə minnətdarlığını bildirib. Trend-in məlumatına görə, bu barədə R.Kadırov öz "İnstaqram" səhifəsində yazıb.

Çeçenistan rəhbəri qeyd edib: "Bakıda növbəti dəfə olduqca mühüm hadisə baş verdi — Azərbaycan BOK-un Rusiya paralimpiyaçıları üçün nəzərdə tutulan lisenziyaların ölkəyə verilməsi ilə bağlı təklifini rədd etdi. Şübhə etmirəm ki, bu xoşməramlı jest məhz Azərbaycan Prezidenti tərəfindən edilib. Beləliklə, İlham Heydər oğlu Azərbaycan və Rusiya idmançılarına eyni hörmətlə yanaşdığını aydın şəkildə nümayiş etdirdi".

"Bu bizim üçün olduqca dəyərlidir. Azərbaycanın Rusiya ilə bütün sahələrdə həmişə isti, dost münasibətləri olub. Əlbəttə ki, Azərbaycan və Rusiyanın subyekti olan Çeçenistan arasında əlaqələr son dərəcə qardaşlıq xarakteri daşıyır. Tam əminəm ki, bu münasibətlər getdikcə yalnız möhkəmlənəcək. Mən buna görə İlham Heydər oğluna səmimi qəlbdən minnətdarlığımı bildirirəm", — Kadırov qeyd edib.

O, həmçinin kikboksçu Zabit Səmədovu səmimi qəbul etdiyinə görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirib. Çeçenistan Respublikasının başçısı yazıb: ""Mauqli" ləqəbli Zabit öz Vətənini — Azərbaycanı və Azərbaycan xalqını planetin idman arenasında layiqincə təmsil edir".

Xəbər lenti
0