Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü sel 216 insanın həyatına son qoydu

© REUTERS / Yiannis KourtoglouTəbii fəlakət
Təbii fəlakət - Sputnik Azərbaycan
Abunə olmaq
Bir milyon yarım insan əmlakını və inəklərini itirib.

BAKI, 10 sen – Sputnik. Hindistanın şərqində, Bihar ştatında baş verən daşqınlarda ölənlərin sayı 216 nəfərə çatıb. Bir milyon yarım insan əmlakını və inəklərini itirib.

Bu barədə Hindistanın Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarəsindən bildiriblər. 

İdarənin məlumatına görə, çaylarda suyun səviyyəsinin azalmağa başlamasına baxmayaraq, yeni qurbanlar və zərərlər haqqında məlumat gəlməkdə davam edir. Daşqınlarda Bihar ştatının 12 əyalətindəki 2 210 kənd zərər çəkib. Beş beton yaşayış binası uçub, 466 kənd tikilisi və 2 774 komanı sel aparıb. 8,5 mln. hektara yaxın kənd təsərrüfatı ərazisi su altında qalıb, onlarla körpü uçub və ya zədələnib. 

Xilasedicilər 740 min nəfəri təxliyə edib.

Xəbər lenti
0