Artıq sürücülük vəsiqəsini üzərində gəzdirməyə ehtiyac qalmayacaq

© Photo : androidheadlines.com"DigiLocker" mobil proqram
DigiLocker mobil proqram - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra smartfonu yol patrul xidməti əməkdaşlarına göstərmək kifayət edəcək

BAKI, 9 sen — Sputnik. Hindistanda sürücülüklə bağlı yeni qərar qüvvəyə minib. Belə ki, hökumət sürücülük vəsiqəsinin surətini "DigiLocker" adlı mobil proqrama yükləməyə icazə verib.

Sputnik First Post-a istinadən xəbər verir ki, yeni sistem barədə hindistanlı siyasətçi Ravi Şankar özünün "Twitter" səhifəsində məlumat paylaşıb.

Yeni sistemlə birlikdə, sürücülər sənədlərin kağız versiyasını öz üzərində daşımağa məcbur qalmayacaqlar. Təkcə, smartfonu yol patrul xidməti əməkdaşlarına göstərmək kifayət edəcək.

Xəbər lenti
0