Bakı Şahmat olimpiadasının əməliyyat komitəsi iki turist avtobusunu brend olaraq istifadə etmək qərarına gəlib və onları paytaxt sakinləri və şəhərin qonaqlarının ixtiyarına verib. İndi bu ikimərtəbəli avtobuslar paytaxtın ən görməli yerlərindən keçərək bu qədim oyunu təbliğ edirlər.
Avtobus öz işinə "28 May" metro stansiyasının yaxınlığında 16.00-da başlayır və 21.00-dək mərkəzi küçələrlə hərəkət edir. Sonuncu dayanacaq Sabir bağıdır. Gəzintidə iştirak edənlər üçün şahmat oynamağa və Bakı Şahmat olimpiadası barədə məlumat əldə etməkdən ötrü bütün şərait yaradılıb.
"Şahmat" avtobusları öz səyahətlərini sentyabrın 14-dək davam etdirəcəklər.