BAKl, 9 sen — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi Qurban bayramı ərəfəsində yenidən zəngin konsert proqramı ilə Bakı sakinlərinin və qonaqlarının görüşünə gələcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər 10-11 sentyabr, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Qeyd edək ki, bu həftə "Retro Bakı"da tanınmış müğənnilər Zaur Əmiraslanov, Samirə Allahverdiyeva, Nurlan Əzizbəyli, Rüfət Xəlil, Mircabbar Cabbarov, Orxan Babazadə və "Gilavar" qrupu iştirak edəcək.