Cari dərs ilinin əvvəlindən Azərbaycanın bütün təhsil müəssisələrində Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin təşəbbüsü ilə multikulturalizm tədris ediləcək. Sputnik Azərbaycan Mətbuat Mərkəzində ekspertlər bu prosesin necə həyata keçiriləcəyini, hansı metodiki vasitələrdən istifadə olunacağını müzakirə ediblər.
Qeyd olunub ki, burada məqsəd ayrıca bir fənn kimi multikulturalizmin tədris proqramını hazırlamaq, ölkədəki bütün universitetlərinin bakalavriatura və magistratura pillələrində onun tədrisini təşkil etməkdir.