BAKI, 9 sen — Sputnik. "Eurovision-2017"-nin Təşkilat Komitəsi növbəti müsabiqənin Ukraynanın hansı şəhərində keçiriləcəyini açıqlayıb. Komitə, yarışmanın paytaxt Kiyevdə keçiriləcəyini elan edib.
Sputnik qurumun rəsmi saytına istinadən xəbər verir ki, Kiyevə 19, Odessaya 2 səs verilib, 1 nəfər bitərəf qalıb. Dnepr şəhəri isə ümumiyyətlə səs ala bilməyib.
Müsabiqənin keçiriləcəyi yer də açıqlanıb. Bu, Dnepr çayının sol sahilində yerləşən Beynəlxalq sərgi mərkəzidir.