"Rossiya seqodnya" BİA-nın siyasi şərhçisi
BAKI, 9 sen — Sputnik. Filippin prezidenti Rodrige Duterte ABŞ prezidenti Barak Obamanı söyüb, lakin buna görə ona bir söz deyən olmayıb. Asiya Dövlətlər Birliyində çıxış edən Duterte Obamanın ona hörmət etməsini tələb edib.
"O küçüyün balası özünü kim zənn edir? Mən ABŞ-ın oyuncağı deyiləm. Mən suveren dövlətin prezidentiyəm və Fillippin xalqından başqa heç kimə hesabat verməyə borclu deyiləm", — deyə dövlət başçısı bildirib.
Bu, kobudluqdur. Əgər sənə insan hüquqları ilə bağlı tipik Amerika mühazirələrini dinləmək xoş deyilsə belə, bu, başqa bir ölkənin liderini təhqir etməyə əsas vermir. Hekayənin əsas qəhrəmanı isə soyuqqanlı Barak Obamadır. O, cavab olaraq Duterteni "rəngarəng oğlan" adlandıb və onunla keçirəcəyi görüşü ləğv edib.
Ağ Evdə bildiriblər ki, prezident Obama Filippinin dövlət başçısı Duterte ilə görüşməyəcək. Obama bu görüş əvəzinə Cənubi Koreya prezidenti Park ilə bir araya gələcək.
Eyni zamanda, Filippin Prezidenti Obamadan üzr istəyib. O, məqsədinin Obamanı təhqir etmək olmadığını və bu addımının bütün mətbuatda böyük müzakirələrə səbəb olduğu üçün məyus olduğunu açıqlayıb.
Bütün bunlara baxmayaraq, sentyabrın 8-də prezidentlər arasında qısa görüş keçirilib. Liderlər Laosda baş tutan forum çərçivəsində bir araya gəliblər, danışıqlarının məğzi isə açıqlanmır.
Amma inkar etmək olmaz ki, bir çox adamlar Filippin prezidentinin bu hərəkətindən məmnundur. Nə vaxt görünüb ki, bir sammitdə ABŞ prezidentinə təyyarədən eniş üçün səyyar pilləkənlər verilməsin, digər sammit ərəfəsində isə onu təhqir etsinlər?
Bütün dünyada Amerikaya qarşı qıcıq yığılıb. Obama da buna görə cavab verməli olur. Ondan sonra prezident olacaq digər şəxslər isə daha çox cavab verməli olacaqlar.
Beləliklə, kiçik olmayan Filippində (əhalisi — 102 milyon nəfər) milli özünüdərk yenidən formalaşır. Bu, ABŞ üçün heç də yaxşı xəbər deyil. Çünki əvvəlki Filippin ideologiyası Amerika tərəfindən formalaşmışdı. Bu fonda isə Barak Obamaya toxunan Filippin prezidentinin kobud danışığı sadəcə boş şeydir.