CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Radikal cərəyanların məqsədi dinin keşiyində dayanmaq deyil"

© Sputnik / Shahperi AbbasovaQaxda dini radikalizm və dünyəvi dövlətçiliklə bağlı debat keçirilib
Qaxda dini radikalizm və dünyəvi dövlətçiliklə bağlı debat keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Qaxda dini radikalizm və dünyəvi dövlətçiliklə bağlı debat keçirilib

BAKI, 9 sen — Sputnik. "Azərbaycan müsəlman şərqində dünyəvi dövlət qurmuş ilk ölkədir. Əhalisinin 96%-ni müsəlmanların təşkil etdiyi bu ölkədə sekulyar dövlətçilik ənənəsinin mövcudluğu bizim üçün böyük töhfədir. Şəriət qanunları ilə idarə olunan dövlətlərdə insan hüquq və azadlıqlarının hansı səviyyədə olduğunu görürük. Bu gün Azərbaycanda vətəndaşlara dini etiqad və vicdan azadlıqlarının verilməsi o demək deyil ki, kimlərsə bundan istifadə edib dünyəvi dövlət quruluşunu dəyişməyə cəhd etməlidir".

© Sputnik / Shahperi AbbasovaQaxda dini radikalizm və dünyəvi dövlətçiliklə bağlı debat keçirilib
Qaxda dini radikalizm və dünyəvi dövlətçiliklə bağlı debat keçirilib    - Sputnik Azərbaycan
Qaxda dini radikalizm və dünyəvi dövlətçiliklə bağlı debat keçirilib

Bu fikirləri Qaxda "Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli" mövzusunda keçirilən debatda tarixçi-ekspert Məcid Mehrani deyib. O qeyd edib ki, Azərbaycanda hamı dini inancların dövlətin siyasi həyatına müdaxiləsinin yolverilməz olduğunu bilməlidir: "Radikal dini təşkilatların isə məqsədi heç də dinin keşiyində dayanmaq deyil, əksinə ondan istifadə edərək insanları öz tərəfinə çəkmək, onları ən ağlasığmaz hərəkətlərə təhrik etməkdir".

Ekspert Aynur Zamanova isə qeyd edib ki, dini radikalizm, fundamentalizm ona gətirib çıxarıb ki, bu gün Qərb dünyasında islamofobiya geniş vüsət alıb: "Hətta burkalı, hicablı qadına, saqqallı kişiyə hamı potensial canlı bomba, terrorçu kimi baxmağa başlayıb. Radikal cərəyanlar ona nail olub ki, bu gün dünyada İslamla terrorizm sözü yanaşı işlənir. Baxmayaraq ki, İslamdakı mütərəqqi ideyaları yaymaqla, bu dinin pozitiv tərəflərini nümayiş etdirməklə ona rəğbəti artırmaq olardı, nəinki onu gözdən salmaq".

Sözügedən debat "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin təşəbbüsü və AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində baş tutub.

Birliyin sədri Ülkər Abdullayeva bildirib ki, bu layihəni həyata keçirməkdə məqsəd Azərbaycanın dünyəvi dövlətçilik modelinin qorunmasına, möhkəmlənməsinə çalışmaq, insanları ölkəmizin konstitusion quruluşunu dəyişməyə, dini ayrı-seçkilik zəminində münaqişələr törətməyə cəhd edən radikal dini cərəyanlardan uzaq durmağa çağırmaq, inanclı şəxsləri insanlığa qarşı çevrilməyən din modellərinə üstünlük verməyə dəvət etməkdir.

© Sputnik / Shahperi AbbasovaQaxda dini radikalizm və dünyəvi dövlətçiliklə bağlı debat keçirilib
Qaxda dini radikalizm və dünyəvi dövlətçiliklə bağlı debat keçirilib - Sputnik Azərbaycan
Qaxda dini radikalizm və dünyəvi dövlətçiliklə bağlı debat keçirilib

Ekspertlər mövzu ilə bağlı iştirakçılara ətraflı məlumatlar veriblər və onları maraqlandıran sualları cavablandırıblar. Qax Mərkəzi Kitabxanasında keçirilən debat zamanı rayonun ziyalı xanımları layihənin məqsədindən irəli gələn fəaliyyətlərin yerinə yetirilməsinə dəstək verməyə hazır olduqlarını qeyd ediblər.

"Kəndlərdə, xüsusilə də savadsız, dünyagörüşləri məhdud olan qadınların sadəlövhlüyündən, məlumatsızlığından yararlanaraq onları ələ almağa, cəhalətin bataqlığına yuvarlamağa münbit şərait var. Ölkənin ziyalı qadınları şəbəkələşməli, bu cür neqativ halların aradan qaldırılması üçün səylərini birləşdirməlidirlər. Yoxsa, insanların maddi çətinliklərindən, kasıblığından, işsizliyindən istifadə edən bəzi dini icmalar, onları ələ alır və yanlış yola yönəldirlər" — deyə 2-saylı məktəbin müəllimi Turanə Rəcəbova bildirib.

Debatda prezident İlham Əliyevin təqdimatı əsasında dini fanatizm, dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun dəyişdirilməsi, milli-irqi düşmənçiliyin salınması, ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsi, dini atributların və dini bayraqların nümayişini qadağan edən maddələrin qanunvericiliyə salınması təklifi müsbət qiymətləndirilib.

Xəbər lenti
0