Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mahatma Qandi və Martin Lüter Kinqə təsir etmiş mütəfəkkir

 / Mediabanka keçidЛев Николаевич Толстой
Лев Николаевич Толстой - Sputnik Azərbaycan
Abunə olmaq
1828-ci il sentyabrın 9-da dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 - 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub.

BAKI, 9 sen — Sputnik. 1828-ci il sentyabrın 9-da dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 — 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. 

Yazdığı "Hərb və sülh" və "Anna Karenina" əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaradıb. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – "Allahın səltənəti qəlbimizdədir" XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərib.

Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur "Kazaklar" və "Hacı Murad" povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplayıb. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən özünün gözəl "Sevastopol hekayələri"ni yazır.

Artıq 1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq "Ailə xoşbəxtliyi" əsərini çap etdirir. O, 1862- ci ildə "Yasnaya Polyana" adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863-1869 —cu illərdə "Hərb və sülh" romanı üzərində işləyib. Dünya ədəbiyyatında belə geniş planda yazılmış kamil əsər tapmaq çətindir. G.Plexnov və A.Lunaçarski, Tolstoy dühasını yüksək qiymətləndirib, onun "Hərb və sülh" romanını dünya ədəbiyyatında ən gözəl əsər saymışdır. "Hərb və sülh"dən sonra dünya şöhrəti qazanan əsəri "Anna Karenina" romanı olub.

Tolstoy 1880-1890-cı illərdə "İvan İliçin ölümü" (1884-86), "Xolstomer" (1885), "Kreyser sonatası" (1887-1889), "Sergi ata" (1898), "Cəhalət hökmranlığı" (1886), "Maarifin bəhrələri" (1891) əsərlərini yazıb. Ömrünün altmış ilini bədii yaradıcılığa həsr etmiş və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan L.Tolstoy 1910-cu il noyabr ayının 22-də Yasnaya Polyanada dəfn olunub.

Xəbər lenti
0