BAKI, 9 sent-Sputnik. İnternet üzərindən çap protokolunu dəstəkləyən müasir printerlərin əksəriyyəti fayllara ümumi giriş təklif edir.
"BitDefender" şirkətinin mütəxəssisi Boqdan Botezatu deyib ki, printerlər internetdə hücuma ən dayanıqsız qurğudur.
Bu barədə Azərtac "securitylab.ru" saytına istinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, son zamanlar tez-tez bu və ya digər istehsalçının hazırladığı printer istiqamətləndiricilərində boşluqlar haqda xəbərlər yayılır.
Məsələn, cari ilin avqustunda Çinin "BHU" şirkətinin istehsalı olan istiqamətləndirici hakerlərə müxtəlif əməliyyatları həyata keçirməyə imkan verən çoxsaylı boşluq aşkar edilib.
Tədqiqatçının sözlərinə görə, internet üzərindən çap protokolunu dəstəkləyən müasir printerlərin əksəriyyəti fayllara ümumi girişi təklif edir. Bu halda istifadəçilərin bir çoxu standart sazlamanı dəyişdirərək bu seçimi deaktiv etmir. Bunun nəticəsi kimi haker məxfi sənədlərə müdaxilə edə bilir.
Nyu-York Universitetinin tədqiqatçıları xəbərdarlıq edirlər ki, internetə qoşulmuş "3D" printerlər yalnız üçölçülü obyektlərin yaradılması üçün deyil, həm də sənaye casusluğu üçün istifadə edilə bilər.