Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Kürəyini ovdurmaq üçün təcili yardım çağırırlar..."

© Sputnik / Murad OrujovTəcili yardım maşını
Təcili yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Hər bir həkim briqadasının çağırışa getməsi dövlət büdcəsinə orta hesabla 100 manata başa gəlir. Bu mənada əsası olmayan çağırışlar dövlət büdcəsindən külli miqdarda vəsaitlərin itirilməsi deməkdir.

BAKI, 9 sent — Sputnik. Bakı Təcili Tibbi Yardım Stansiyasına edilən (BTTYS), baxımsız qalan yataq xəstələri və səfillərlə bağlı müraciətləri yerinə yetirmək funksiyasını sosial işçilər öz üzərilərinə götürməlidirlər. BTTYS-in baş həkimi Rauf Nağıyev Sputnik-ə bildirib ki, onlara gün ərzində təcili yardımın fəaliyyətlərinə aidiyyətı olmayan bir neçə yüz müraciət daxil olur.

© Sputnik / Murad OrujovГлавврач БССНМП Рауф Нагиев
Главврач БССНМП Рауф Нагиев - Sputnik Azərbaycan
Главврач БССНМП Рауф Нагиев

"Yataq xəstəsi olanlar bəzən zəng edib onlar üçün yemək qızdırmağı və onları yedizdirməyi, yaxud da onları yatdıqları yerdə o biri yanı üstə çevirməyi xahiş edirlər. Bu o insanlardır ki, onlar bu işləri müstəqil şəkildə görə bilmirlər və tamamilə köməksizdirlər", — baş həkim bildirib.

Onun sözlərinə görə, elə hallar olur ki, kürəyini ovdurmaq üçün həkim çağırırlar: "Bu, bizim işimiz deyil. Bunun üçün sosial xidmətlər var".

R. Nağıyev xatırladıb ki, havanın şaxtalı olduğu vaxtlarda təcili yardım briqadaları dəfələrlə gecələr donmaq təhlükəsi olan səfilləri yığaraq şəhərdə onları yerləşdirməyə yer axtarıblar: "Çünki bu adamlar gecə şaxtadan donub ölə bilərlər. Gün ərzində təcili yardıma orta hesabla 2 minə qədər müraciət daxil olur. Bu müraciətlərin 60%-i tibb işçilərinin səlahiyyətləri ilə əlaqədar olmur. Belə əsassız müraciətlər nəticəsində bəzən həkim yardımına həqiqətən də ehtiyacı olan adamlar ölür".

BTTYS-da 138 həkim briqadası işləyir. Nağıyevin sözlərinə görə, normativlərə əsasən bu qədər tibb heyəti şəhər əhalisinə ilkin tibbi yardım göstərmək üçün kifayətdir: "Lakin təcili tibbi yardım xidmətinə aidiyyəti olmayan müraciətlər problem yaradır. Mən əminəm ki, bu qış müraciətlərin sayı daha çox olacaq".

Hər bir həkim briqadasının çağırışa getməsi dövlət büdcəsinə orta hesabla 100 manata başa gəlir. Bu mənada əsası olmayan çağırışlar dövlət büdcəsindən külli miqdarda vəsaitlərin itirilməsi deməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədr müavini Davud Rəhimovun sözlərinə görə, bir neçə qrup insan var ki, sosial işçilər onlara yardım etməlidirlər: "Bunlar köməksiz xəstələr, valideyn himayəsindən məhrum olmuş uşaqlar və tənha qocalardır. Digər qruplar üçün sosial işçilərin ayrılmasına ehtiyac yoxdur. Azərbaycanda "Sosial xidmət haqqında" qanun qəbul olunub. Lakin indiyə qədər ölkədə sosial işçilər institutu formalaşmayıb".

"Sosial işçilər məhdud sayda mövcuddur. Ölkə vətəndaşlarının bu sahədə təhsil almasında və gələcəkdə bu mütəxəssislərin işlə təmin olunması məsələsində problemlər var. Bakı Dövlət Universitetində sosial işçilər hazırlanır, lakin onlar universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkirlər", — deyə Rəhimov bildirib.

Xəbər lenti
0