BAKI, 8 sen — Sputnik. Sputnik.Rəy sorğusunun nəticələrinə görə, Almaniya əhalisinin 74, Fransanın 65 və İtaliyan əhalisinin 63 faizinin fikrincə, ABŞ-ın 11 sentyabr tarixindən sonra terrorizmlə mübarizə addımları dünyada təhlükəsizliyi artırmayıb.
Birləşmiş Ştatlar əhalisi isə bu məsələdə daha nikbindir. Ölkənin 54% əhalisi ABŞ-ın terrorizmlə uğurla mübarizə apardığını düşünür, 39% məsələ barədə mənfi cavab verib, 7% isə "bilmirəm" cavabını seçib. Bu məlumatlar Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə Ifop araşdırma şirkəti tərəfindən aparılmış sorğu nəticəsində əldə edilib.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ daxili və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi məqsədilə bir sıra addımlar atıb: FTB-nin ölkədə və xaricdə vətəndaş və şirkətlər barədə məlumat toplanması üzrə səlahiyyətlərini artıran "Vətənpərvərlik aktı" qəbul olunub; terror təhlükəsinin azadılması üçün Əfqanıstan və İraqa hərbi müdaxilə olunub.
"Sizcə ABŞ-ın 11 sentyabr terror aktlarından sonra terrorizmlə mübarizə məqsədilə atdığı addımlar dünyada yaşayışı daha təhlükəsiz edibmi?" sualına almanların cəmi 20%-i, fransızların 24%-, italiyanların isə 30%-i müsbət cavab verib. Sorğu olunanların Almaniyada 6, Fransada 11, İtaliyada isə 7 faizi suala "bilmirəm" cavabını seçib.
Sorğu Fransanın qocaman sorğu şirkəti olan IFop tərəfindən 28 iyun-4 iyul tarixlərində Almaniya, Fransa, İtaliyada və 26-30 avqust tarixlərində ABŞ-da keçirilib. Sorğuda Almaniyada 1000 nəfər, Fransada 1004 nəfər, İtaliyada 1002 nəfər və ABŞ-da 1009 nəfər olmaqla, cəmi 18-yaşdan yuxarı 4015 şəxs iştirak edib. Etibarlılıq 955 olmaqla, ölkə üzrə maksimal səhv göstəricisi 3,1%-dir.
Sputnik.Rəy layihəsi haqda
İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.
Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.