BAKI, 29 avq — Sputnik. İsveçrə hökuməti ölkədə terror riskinin yüksək olduğu barədə xalqa xəbərdarlıq edib.
Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə naziri G. Parmelen deyib.
"İl ərzində baş verən terror aktlarına qədər apardığımız araşdırmalar artan təhlükədən xəbər verirdi. Həmvətənlərimizin təhlükəsizliyini qorumaq bizim borcumuzdur", — deyə o bildirib.
Müdafiə naziri, həmçinin qeyd edib ki, qeyri-stabil vəziyyət təkcə İsveçrədə deyil, bütün dünyada qalmaqdadır.