BAKI, 8 sen — Sputnik. Qazaxıstanda hökumət başçısı dəyişikliyi gözlənilir. Sputnik-in məlumatına görə, bu barədə RİA Novosti-yə respublika hökumətindəki mənbə bildirib.
"Həftənin cümə günü dövlət başçısının iştirakı ilə hökumətin genişləndirilmiş iclası keçiriləcək. Toplantıda prezident Nazarbayev də iştirak edəcək. İclasın nəticəsi olaraq baş nazir Kərim Məsimovun öz postunu tərk edəcəyi gözlənilir" — deyə agentliyin həmsöhbəti bildirib.