CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günə olan rəsmi valyuta məzənnələri

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan
Abunə olmaq
Dolların məzənnəsi sabit qalıb, avro manata nisbətən ucuzlaşıb, rubl bahalaşıb

BAKI, 8 sen — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 7-si ilə müqayisədə dəyişməyərək 1,6403 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,02% zəifləyərək 1,8454 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,39% bahalaşaraq 0,0256 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,43% azalaraq 0,5589 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1896 manatdır. Beləliklə, funt sterlinq 0,47%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,22% azalaraq 0,7116 manat təşkil edib.

Xəbər lenti
0