Müxtəlif texnikalara aid detalları birləşdirərək təsərrüfatda, ev işlərində əsas köməkçi maşın formasına salan Elşən Hacıyev, icad etdiyi avtomobilinə, nə qədər təvəzökarlıqdan uzaq olsa da, "Tır-tır" adını qoyub. O, Samux rayonu Qarayeri qəsəbəsində yaşayır. Gündəlik kənd həyatında təsərrüfat işləri ilə məşğul olmasından, əlavə müraciət edənlərə avtomobil ustası kimi də köməyini əsirgəmir.
Əvvəllər velosipedə mühərrik qoymaq istəyini, böyüdükcə daha çox təsərrüfatda və ev işlərində ona yardım edəcək texnikanın hazırlanmasına istiqamətləndirib. Nəticədə isə hər kəsi görəndə təəccübləndirə biləcəyi texnikanı yaradıb. "Tır-tır"- avtomobil gedə bilmədiyi yerlərə gedir. Şumda batmır", — deyir.
Avtomobilinə bənd etdiyi generatoru işə salaraq evin işıqlanmasını və televizorun işləməsini təmin edir.