Ermənistanın baş naziri istefa verdi

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidYerevan
Yerevan - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici işlər naziri Edvard Nalbandyan, kənd təsərrüfatı naziri Serqo Karapetyan, səhiyyə naziri Armen Muradyan və müdafiə naziri Seyran Ohanyan da vəzifələrini itirə bilər

BAKI, 8 sent-Sputnik. Ermənistanın baş naziri Ovik Abramyan hökumətin bu gün keçirilən islasının yekununda istefaya getmək niyyətini açıqlayıb. Sputnik Ermənistan-ın məlumatına görə, Abramyan iclasda deyib: "Mən istefaya getmək və prezidentə yeni hökuməti formalaşdırmaq imkanı vermək qərarına gəlmişəm". 

O qeyd edib ki, hökumətin həyata keçirdiyi işlər barədə açıq danışmaq fikrindədir. Daha əvvəl mediaya belə bir məlumat sızmışdı ki, prezident Serj Sarkisyan Yerevanın sabiq meri, "Qazprom"un törəmə şirkəti olan "Mejregionqaz"ın baş direktorunun strategiya və inkişaf üzrə müavini Karen Karapetyanın rəhbərliyi altında milli konsensus hökuməti qurmaq niyyətindədir.

© Photo : gov.amErmənistanın baş naziri Ovik Abramyan
Ermənistanın baş naziri Ovik Abramyan - Sputnik Azərbaycan
Ermənistanın baş naziri Ovik Abramyan

Hakimiyyət strukturlarındakı mənbələrin bildirdiyinə görə, Nazirlər Kabinetinin digər üzvləri də dəyişdirilə bilər və buna məhdudiyyət yoxdur. KİV xəbər verir ki, xarici işlər naziri Edvard Nalbandyan, kənd təsərrüfatı naziri Serqo Karapetyan, səhiyyə naziri Armen Muradyan, müdafiə naziri Seyran Ohanyan da vəzifələrini itirə bilərlər.

Abramyan Baş nazir postuna 13 aprel 2014-cü ildə təyin edilib. Onun sələfi, hazırda Avrasiya İqtisadi Komissiyasının sədri olan Tiqran Sarkisyan olub.

Xəbər lenti
0