CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bankların dollara olan tələbatı 400 milyonu keçdi

© Sputnik / Murad OrujovDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Hərracda məcmu tələb 402.56 milyon ABŞ dolları təşkil edib

BAKI, 8 sen — Sputnik. Bu gün Mərkəzi Bankda keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 200 milyon ABŞ dolları və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Mərkəzi Bankdan Sputnik-ə bildiriblər ki, hərracda məcmu tələb 402.56 milyon ABŞ dolları təşkil edib.

Xəbər lenti
0