Xarici İşlər Nazirliyinin yanında partlayış baş verib

Tripoli
Tripoli - Sputnik Azərbaycan
Abunə olmaq
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

BAKI, 8 sen — Sputnik. Liviyanın paytaxtı Tripolidə, Xarici İşlər Nazirliyinin binası yaxınlığında iki partlayış baş verib.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, hər iki partlayışa minalanmış avtomobillər səbəb olub. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Bu ilin əvvəlində BMT-nin dəstəyi ilə yaradılan Milli Birlik Hökuməti 2016-cı il mart ayından Tripolidə fəaliyyət göstərir. Şəhərdə səlahiyyətə malik silahlı qruplar hökumətlə əməkdaşlıq etmək razılığına gəlib, lakin ölkə parlamenti bunu dəstəkləməyib.

Xəbər lenti
0