BAKI, 7 sen — Sputnik. İtaliyalı Daniel Kametti Aspri elektrik enerjisindən istifadə ilə bağlı bildiriş alandan sonra böyük problemlə qarşılaşıb.
Sputnik informing-ə istinadla xəbər verir ki, elektroenerji paylayıcısı Aspriyə 65,5 min avroluq hesab göndərib.
Bildirişdə işıqdan istifadəyə görə məbləği görəndə italiyalı ümidsizliyə qapılıb və heç cür başa düşə bilməyib ki, belə fenomenal rəqəm haradan peyda olub.
Danielin xidmətlərindən istifadə etdiyi elektroenerji paylayıcısı əmindir ki, kişi son 10 il ərzində elektrikdən istifadəyə görə, ödəniş etməyib. Beləliklə də, belə iri həcmli hesab meydana çıxıb.
Aspri isə öz növbəsində bildirir ki, daim hesabı ödəyir və onun enerji paylayıcısına heç bir borcu ola bilməz.
Bu vəziyyətə aydınlıq gətirmək üçün italiyalı vəkilə müraciət edib. Buna paralel olaraq, özünü sığortalamaq üçün sosial şəbəkədə özünəməxsus kraudfandinq şirkəti də açıb.
Öz facebook səhifəsində Daniel elektrik şirkətindən ona göndərilən nəhəng hesabın şəklini də paylaşıb və dostlardan kömək istəyib.
“Mən çox çarəsizəm” yazan italyan qeyd edib ki, gözünün qabağında onun və ailəsinin həyatı parçalanır.