BAKI, 7 sen — Sputni. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 6-sı ilə müqayisədə 0,25% artaraq 1,6403 manat olub.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,2% möhkəmlənərək 1,8457 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 1,19% bahalaşaraq 0,0255 manat olub.
Türkiyə lirəsinin məzənnəsi 1,1% artaraq 0,5613 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2001 manatdır. Beləliklə, funt sterlinq 0,94%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,25% artaraq 0,7132 manat təşkil edib.