BAKI, 7 sen — Sputnik. Birləşmiş Ştatlar hökuməti 1970-ci illərin sonunda baş tutmayan silah sövdələşməsinə görə, bu ilin yanvar ayında İrana 1,7 milyard dollar nağd pul ödəyib. Sputnik Fox News-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, 2016-cı il yanvarın 17-də ABŞ İrana 400 milyon dollar ödəyib. Hər iki tərəf bunu təkzib etsə də, sonradan həmin məbləğin İslam Respublikasında saxlanılan amerikalı girovların azad edilməsi üçün İrana ödənildiyi məlum olub.
Yerdə qalan 1,3 milyard dollar isə yanvarın 19-da Tehrana göndərilib. Ağ Ev rəhbərliyi bu məbləği 1979-cu ilin fevral inqilabından sonra iki ölkə arasında silah satışına dair sövdələşməni yerinə yetirmədiyi üçün ödəyib.