NATO-nun baş katibi Türkiyəyə gedir

© REUTERS / Francois LenoirNATO-nun baş katibi Yans Stoltenberq
NATO-nun baş katibi Yans Stoltenberq - Sputnik Azərbaycan
Abunə olmaq
Yans Stoltenberq iki günlük səfəri çərçivəsində türkiyəli rəsmilərlə görüşlər keçirəcək

BAKI, 6 sen — Sputnik. NATO-nun baş katibi Yans Stoltenberq sentyabrın 8-də Türkiyəyə səfər edəcək. Sputnik Sabah qəzetinə istinadən xəbər verir ki, iki günlük səfəri çərçivəsində baş katib Ankarada türk rəsmilərlə ilə görüşlər keçirəcək.

Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi - Sputnik Azərbaycan
Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində başlatdığı "Fırat kalkanı" aniterror əməliyyatı fonunda bu səfərin əhəmiyyətli olduğu bildirilir. NATO Baltikyanı ölkələrdəki hərbi gücünün bir hissəsini Türkiyəyə göndərməyə hazırlaşır. Həmin hərbçilərin Türkiyənin Suriya ilə sərhədinə göndəriləcəyi gözlənilir.

Bundan başqa, terorçu İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə edilən Yüksək Hərəkət Qabiliyyətli artilleriya sistemini (HIMARS) ABŞ Türkiyəyə göndərib. ABŞ-ın həmin toplardan istifadə edəcək 50 hərbçisi də artıq Türkiyədədir.

Ona görə də Stoltenberqin Türkiyədə keçirəcəyi görüşlərdə İŞİD və terrorçuluğa qarşı mübarizənin əsas müzakirə mövzusu olacağı istisna edilmir.

Xəbər lenti
0