BAKI, 6 sen — Sputnik. "Səudiyyə Ərəbistanı həcc ziyarətinə gəlmək istəyən İran vətəndaşlarına ancaq bir şərtlə viza verəcək. Onlar krallığa ancaq üçüncü ölkələr vasitəsilə gələ bilərlər".
Sputnik Haberturk-ə istinadən xəbər verir ki, bunu Səudyyə Ərəbistanının həcc işləri üzrə naziri Məhəmməd Salah ibn Tahar deyib. Onun sözlərinə görə, iranlı zəvvarların Afrika və Avropa İttifaqı dövlətləri, ABŞ, Avstraliya və Yeni Zelandiya vasitəsi ilə krallığa gəlməsi mümkündür: "Səudiyyə Ərəbistanı dünyanın bütün millətlərindən olan insanları ziyarətdə görməkdən məmnundur".
Qeyd edək ki, ötən il sentyabrın 12-də Məkkədə ziyarət zamanı baş verən hadisə nəticəsində minə yaxın zəvvar ölüb. Ölənlərin çoxu İran vətəndaşları olub. Bundan sonra rəsmi Tehran krallığı təhlükəsizliyə əməl etməməkdə ittiham etdib. Ancaq həmin hadisənin törədilməsində İranın əli olduğu haqda da fikirlər səsələnir.
2016-cı ilin aprelində İranla krallıq arasında zəvvarlara vizanın verilməsi istiqamətində aparılan danışıqlar uğursuzluqla başa çatımışdı.
Xatırladaq ki, Həcc ziyarəti sentyabrın 11-də başlayacaq.