Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünya siyasətində "oyun qaydaları" dəyişir

© REUTERS / Damir SagoljBöyük 20-lik sammiti
Böyük 20-lik sammiti - Sputnik Azərbaycan
Abunə olmaq
"Böyük iyirmilik" dövlətləri ötən sammitdə Moskvanın mövqeyini nəzərə almamağa çalışsa da, son toplantıda əsas diqqət Rusiyaya yönəlib

Dünya siyasətində "oyun qaydaları" dəyişir
BAKI, 6 sen — Sputnik. Çinin Xançjou şəhərində keçirilən G20 qrupunun 11-ci sammiti sentyabrın 5-də yekunlaşıb. G20 liderləri bu il bütün diqqətlərini investisiya artımı, qlobal iqtisadiyyat və maliyyə sisteminin idarə olunma mexanizmlərinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət və sərmayələrin stimullaşdırılmasına yönəldiblər.
Ханчжоу. Архивное фото - Sputnik Azərbaycan
Çinin Xançjou şəhərində G20 sammiti öz işinə başlayıb

Politoloq Fikrət Sadıxov Sputnik-ə açıqlamasında bildirib ki, G20 sammitinin əsas əhəmiyyətini müxtəlif ölkə başçılarının ikitərəfli görüşləri təşkil edir: "Dünyada o qədər maraqlı və çox ciddi proseslər baş verir ki, onları vaxtaşırı müzakirə etmək lazımdır. İlk növbədə burada maliyyə və iqtisadi problemlər müzakirə olunur. Bu dəfə isə bu məsələlərlə yanaşı, Ukrayna və Suriya problemləri və dünyadakı digər münaqişələr müzakirə olunub. Yəni, müzakirələr iyirmilik formatında deyil, ikitərəfli görüşlər zamanı baş verir".

Əgər keçən ilin noyabrında Türkiyədə keçirilən sammitdə Rusiyanı eşitməməyə çalışırdılarsa, bu il əsas diqqət məhz bu ölkəyə yönəlib. Belə ki, Rusiya prezidenti Vladimir Putinin Turkiyə və ABŞ prezidentləri ilə görüşü sammitin ən maraqlı hadisələrindən olub.

Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Türkiyənin ciddi terror cinayətləri ilə üzləşdiyini bildirərək, hökumətin ölkədəki vəziyyəti tamamilə normallaşdıra biləcəyinə əmin olduğunu vurğulayıb. O, həmçinin, Rusiyanın terrorla mübarizəyə dair mövqeyini dəfələrlə bildirdiyini qeyd edib.

"Əminəm ki, siz Türkiyədəki vəziyyəti tamamilə normallaşdıra biləcəksiniz, siz buna, demək olar ki, nail olmusunuz", — deyə Putin əlavə edib.

Xarici KİV-lərin məlumatlarına görə, sammitin açılış mərasimində Vladimir Putin və Barak Obama bir-birinin əlini sıxmayıblar. Sonra onlar G20 sammitinin kluarında görüşüblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, burada liderlər ayrıca görüş barədə razılığa gəliblər.

Görüş bazar ertəsi keçirilib. Rusiya tərəfindən danışıqlarda RF Prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.

Lavrovun sözlərinə görə, Rusiya və ABŞ arasında Suriya məsələsi üzrə müəyyən anlaşma var: "Lakin əsas odur ki, ABŞ, terrorçuları müxalif qüvvələrdən ayırmaq haqda sözünü tutsun. Əks halda, terrorçulara qarşı mübarizənin əlaqələndirilməsi haqda əldə olunan danışıqlar öz praktiki həllini tapa bilməyəcək".

Hər iki lider əmindir ki, Suriya məsələsi ilə bağlı yeni danışıqlar üçün müəyyən şərait var. "Lakin ABŞ və Rusiyanın Suriyada sülhün bərpa olunması üçün hansı tərəfi dəstəkləmək lazım olduğu haqda müəyyən fikir ayrılığı var", — deyə Obama öz fikrini bildirib.

Məlumdur ki, indi Rusiya öz xarici siyasətini yeni istiqamətdə qurur. O, Qərbdən uzaqlaşaraq "Böyük Avrasiya"ya (Çin, Yaponiya, Koreya və s.) üz tutur. Avropa Birliyi isə ona 2014-cü ilədək olduğu kimi, məqsədyönlü tərəfdaş deyil.

Belə fikirlər də var ki, "Böyük yeddilik" əvvəlki təsirini itirir. Bu səbəbdən, rusiyalı ekspertlər hesab edirlər ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiya daxil olmaqla, "Böyük səkkizlik"in yaranmasına çalışır.

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

Lakin bu addım Rusiya tərəfindən yaxşı qarşılanmır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva G8 formatına qayıtmaq istəmir. Rusiya XİN rəhbəri Sergey Lavrovun sözlərinə görə isə, G7 artıq beynəlxalq siyasətə təsir edə bilmir və bu səbəbdən, Rusiyanın bu formata ehtiyacı yoxdur, onu G20-də iştirak etmək tam qane edir.

Politoloq Fikrət Sadıxovun sözlərinə görə, onları müqayisə etmək düzgün deyil: ""Böyük yeddilik"lə "Böyük iyirmilik" arasında müəyyən fikir ayrılığı olsa belə, mən onları bir-biri ilə müqayisə etməzdim. Çünki "yeddilik"in öz yeri və rolu var, "iyirmilik"in isə başqa. "Yeddilik"də dünyanın əsas açar rolunu oynayan aparıcı ölkələr qərarlaşıb və onların müəyyən görüş və sammitlərdə qəbul etdiyi qərarlar mütləq dünya siyasətinin gedişinə öz təsirini göstərir".

"Amma həmin ölkələrin "iyirmilik"də iştirak etməsi və bir sıra məsələləri müzakirə etməsi o demək deyil ki, hansısa bir qərar qəbul olunur və bu qərara mütləq əməl olunmalıdır", — siyasi şərhçi qeyd edib.

Xatırladaq ki, "Böyük iyirmilik" iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan böyük dövlətlərin qeyri-formal birliyidir. Qrupun qərarları konsensus əsasında qəbul olunur və məcburi xarakter daşımır.

G20 ölkələrində planetimizin əhalisinin üçdə ikisi yaşayır. Dünya üzrə ümumi daxili məhsulun 85 faizi, dünya ticarətinin isə 75 faizi bu iyirmi ölkənin payına düşür.

Xəbər lenti
0