BAKI, 4 sen — Sputnik. Çinin Xançjou şəhərində G20 qrupunun 11-ci sammiti öz işinə başlayıb.
Sputnik xəbər verir ki, Çin sammitin təşkilatçısı kimi dünya ticarəti və investisiyaları sahəsində fəaliyyətlərin əlaqələndirilməsi məsələsini müzakirə mərkəzinə qoyub.
G20 liderləri bu il bütün diqqətlərini investisiya artımı, qlobal iqtisadiyyat və maliyyə sisteminin idarə olunma mexanizmlərinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət və sərmayələrin stimullaşdırılmasına yönəldəcəklər.
Sammitdə G20 üzvlərindən başqa İspaniya, Sinqapur, Laos, Qazaxıstan, Misir, Çad, Tailand və Seneqalın nümayəndələri də iştirak edirlər.