Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dini sahədə qanunvericiliyin sərtləşdirilməsi hansı zərurətdən meydana çıxdı?

CC0 / qimono / hammerMəhkəmə
Məhkəmə - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər bu sahədə qanunvericiliyə təklif olunan düzəlişlərin arxasında bir sıra səbəblərin dayandığı qənaətindədirlər

BAKI, 6 sen — Sputnik. Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq oluna bilər. Azərbaycan Prezidentinin təqdimatı ilə bununla bağlı Milli Məclisə Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklif olunub.

Prezident İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan Prezidentindən dini təbliğatla bağlı 3 mühüm təklif

Layihəyə əsasən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bununla yanaşı, Azərbaycanda dini fanatizm və dini radikalizm zəminində milli-irqi düşmənçiliyin salınması, vətəndaş hüquqlarının məhdudlaşdırılması, o cümlədən bunun KİV vasitəsilə törədilməsinə qarşı da cəzalar tətbiq olunur. Bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 283.1-1 və 283.3 maddələrinin əlavə edilməsi təklifi irəli sürülüb.

© Photo : Elesger EhmedogluƏləsgər Əhmədoğlu, media eksperti
Ələsgər Əhmədoğlu, media eksperti  - Sputnik Azərbaycan
Ələsgər Əhmədoğlu, media eksperti

Azərbaycan Prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 516.0.3 maddəsi təklif olunur. Yeni maddəyə görə, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənar yerləşdirilməsi qadağan olunur.

Məsələ ilə bağlı media hüququ üzrə ekspert Ələsgər Məmmədli Sputnik-ə açıqlamasında deyib ki, hələ 2015-ci ildə bununla bağlı qanunvericiliyə kifayət qədər dəyişiklik olunub: ""Dini etiqad azadlığı haqqında" Qanuna da bu dəyişikliklərdən olub. Azərbaycanda bu fəaliyyət növlərini əhatə edən hüquqlar daraldılıb. Burada həm dini ədəbiyyatlar ilə bağlı məsələlər, həm dinin təbliği və ya ümumiyyətlə icrası ilə bağlı məsələlərdə qanunvericiliyə yeni düzəlişlər olunub".

"İndi də bunun hüquqi məsuliyyət məsələsi genişləndirilir və istər Cinayət Məcəlləsinə, istər digər qanunverici aktlarına yeni yanaşmalar, yeni cəzaların ağırlaşdırılması və ya yeni anlayışlarla cəzaların gətirilməsi nəzərdə tutulur. Bu və ya digər formada konstitusiya quruluşunu zorla devirmək qanunvericilikdə cinayət hesab olunur, o cümlədən bunun hansı metodlar ilə olmasından asılı olmayaraq bu faktın özü, yəni belə bir hadisə baş verərsə, bu, cinayət əməli sayılacaq", — hüquqşünas qeyd edib.

O, hesab etmir ki, qanunvericiliyin sərtləşdirilməsi bu tip fəaliyyətlərin birmənalı olaraq qarşısını alacaq: "Əlbəttə, sərtləşdirilən qanunların çəkindirici ehtimalları var. Amma bu, bir reallıqdır ki, zaman-zaman bunun tətbiqi mexanizmində problemlər də ortaya çıxa bilir. O baxımdan cəmiyyətə uzlaşmalı yanaşma daha öndə olmalıdır, nəinki cəzalandırma aspekti".

© Photo : Facebook / elshadmiriElşad Miri
Elşad Miri - Sputnik Azərbaycan
Elşad Miri

Ekspertə görə, KİV hər hansı bir funksiyasını həyata keçirərkən bir formada bu tip məsələlərdə platformaya çevrilibsə, burada məsuliyyətdən söhbət gedə bilər: "Amma konkret olaraq bütün KİV fəaliyyətini, KİV-in özünü cəzalandırmaq niyyəti ilə yanaşmaq yolverilməzdir. Çünki, bu və ya digər formada KİV-dən istifadə edib şəxsin şərəf və ləyaqətini alçaltdığımız zaman da məsuliyyət yaranır. Yaxud da irqi, milli, dini ayrı-seçkilik törədən çağırışlar KİV-də olubsa, bu da məsuliyyət yaradır. Dini ayrı-seçkilik məsələsinə də bu çərçivədə baxılmalıdır".

Teoloq Elşad Mirinin fikrincə isə, Türkiyədə yaşanan son olaylar bu zərurəti meydana çıxarıb. "Çünki, Türkiyədə baş verən hadisələrdə 200-dən çox insan şəhid oldu, terror hadisələri törədildi. Hadisələri törədənləri əsas cəlb edən dini məsələlər idi, onları dini məsələlər bir araya gətirmişdi. Nəticədə də belə bir vəziyyət yarandı", — mütəxəssis Sputnik-ə açıqlamasında deyib.

Onun fikrincə, birinci növbədə Türkiyədə baş verən hadisələr, Azərbaycanda da belə təkliflərin verilməsinə səbəb olub: "Belə bir şəraitdə Azərbaycanın da qaydaları sərtləşdirməsi başadüşüləndir. Qanunvericiliyin sərtləşdirilməsi yaxşıdır və bunun həyata keçirilməsi heç də problem olmamalıdır".

Xəbər lenti
0