Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və təhsil üzrə ekspert Nadir İsrafilov "Yeni dərs ilinə hazırlıqlar necə gedir" mövzusunda mətbuat konfransı keçiriblər. Burada məktəb ləvazımatlarının, məktəbli formalarının qiyməti və keyfiyyəti, dərsliklərin məzmununun vəziyyəti muzakirə edilib.
Ekspertlərin sözlərinə görə, məktəb ləvazımatlarının qiyməti ötən illə müqayisədə 10% artıb. Bir çox valideynlər uşaqları məktəbə göndərərkən böyük maliyyə problemləri ilə üzləşirlər.